...

Azərbaycanın qaz anbarlarının genişləndirilməsi layihəsi $120 mln dəyərində qiymətləndirilir

Energetika Materials 24 Fevral 2006 16:04 (UTC +04:00)

2005-ci ildə yeraltı qaz anbarlarına təxminən 1,025 mlrd m3 qaz vurulub ki, bu da qışda əhalilin qazla problemsiz təmin olunmasına imkan verib. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 24-də "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov məlumat verib.

Ə.Məlikov qeyd edib ki, hazırda qaz anbarlarının genişləndirilməsi layihəsi üzərində iş aparılır. Azərbaycanda iki çəndən - Qaradağ və Kalmaz qaz anbarlarından istifadə olunur. Onların ümumi tutumu 1-1,2 mlrd m3 qaa bərabərdir. Aparılacaq işlər nəticəsində Qaradağ anbarının tutumunun 2-2,2 mlrd, Kalmaz anbarının isə 1-1,2 mlrd m3-ə çatdırılacağı nəzərdə tutulur.

Hazırda bu layihələrin maliyyələşdirilməsilə bağlı danışıqlar aparılır. Layihələrin 2 il ərzində həyata keçiriləcəyi nəzərdə tutulur. Dünya bankı layihənin maliyyələşdirilməsində maraqlıdır. Onun ilkin dəyəri $120 milyondur. Vəsaitin bir hissəsini Azərbaycan tərəfi ayıra bilər. Ölkədə qaz hasilatının artması ilə əlaqədar qaz ehtiyatlarının qəbulu və saxlanılması məqsədilə qaz anbarlarının genişləndirilməsi qərara alınıb. Bu prosesin "Şah-Dəniz" yatağından qaz hasilatının başlanmasından sonra başa çatması ilə bağlı problem yoxdur. Tədarük olunan qaz istehlakçılarının artan tələbatının ödənilməsinə, o cümlədən yeni abunəçilərin təmin olunmasına sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti