...

Azərbaycanda yeni elektrik stansiyalarının tikintisi ilə bağlı bir sıra hazırlıq işləri görülüb

Energetika Materials 27 Fevral 2006 14:10 (UTC +04:00)

Azərbaycanda modul elektrik stansiyalarının ttikintisi üzrə subpodratçı olan AZENCO tikinti-quraşdırma şirkəti Şəki elektrik stansiyasının layihəsi üzrə kompleks geodeziya, geoloji və topoqrafik işləri başa çatdırıb. Trend in məlumatı görə, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Hazırda stansiyanın tikintisinin aparılacağı meydanda torpaq işləri, eləcə də 110 kilovoltluq yarımstansiyanın tikintisi üzrə işlər aparılır. İşlərə 130 nəfər fəhlə cəlb olunub. İşlərin həcminin artması ilə əlaqədar onun həyata keçirilməsinə 400-500 nəfərin cəlb olunacağı gözlənilir.

Sentyabra kimi "Azərenerji" Azərbaycanda modul elektrik stansiyalarının tikintisinin baş podratçısı ilə Şəki və Xaçmaz rayonlarında iki stansiyanın tkinitisini başa çatdırıb.

Azərbaycan prezidentinin sərəncamı ilə "Azərenerji"yə Bakıda, Naxçıvanda, Astara, Xaçmaz və Şəki rayonlarında quraşdırılacaq 52 belə qurğunun tikintisi tapşırılıb. 2006-cı ildə Bakıdakı İEM-2-nin ərazisində 12, Naxçıvanda 10, Xaçmazda və Şəkidə hər birində 10 olmaqla elektrik stansiyaları quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin verəcəyi təbii qazla işləyəcəklər. Bu elektrik stansiyaları gücü 8,7 MVt təşkil edən enerji modullarından ibarətdirlər.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisinin istehsalının həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti