...

AR DNŞ Batumidən bir partiya neftin satışı üzrə tender elan edib

Energetika Materials 6 Mart 2006 16:24 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti Gürcüstanın Batumi limanından bir partiya mənfəət neftinin satışı üzrə tender elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderdə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən 80 min ton (600 min barel) Azəri Light növlü neft satışa çıxarılır.

Neftin 31 mart - 1 aprel tarixində Batumidən yüklənəcəyi gözlənilir. Tenderin martın 9-da bağlı elan edilməsi nəzərdə tutulur.

Batumi neft terminalı ildə 15 mln tonadək neft yükü daşımaq qabiliyyətinə malikdir. Termirnal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min tondur, bu da dəhlizdən keçən cari və proqnoz həcmlərinin daşınması üçün kifayət qədər artıq göstəricidir.

Xəbər lenti

Xəbər lenti