Bu gün Barmek enerjipaylayıcı şirkətin bir neçə nümayəndəsi mətbuat konfransı keçirərək şirkətin rəhbərliyinin qanunsuz fəaliyyəti barədə danışıblar. Trend in məlumatına görə, şirkətin ümumi şöbəsinin rəhbərinin müavini Rafiq Abdullayev bildirib ki, Barmek -in 2001-ci ildən bəri müqavilə imzaladığı vaxtdan bütün fəaliyyəti dövründə müqavilə üzrə şirkətin qarşısına qoyulan bir çox öhdəliklər yerinə yetirilməyib.
Bundan əlavə, avadanlığın dəyişdirilməsi zamanı aldatma halları baş verib ki, bu zaman yeni avadanlığın əvəzinə artıq əvvəllər istifadə olunmuş avadanlıqlar quraşdırılıb.
Şirkətin nümayəndəsinin qeyd etdiyi kimi, sayğacların quraşdırılmasında da bir sıra problemlər mövcuddur. Onlar şirkətə $3-$5 məbləğə başa gəlsə də, onların quraşdırılması daha baha qiymətə həyata keçirilir.
Şirkətin bir sıra əməkdaşları dövlət orqanlarına, ölkə rəhbərliyinə və Türkiyə hökumətinə müraciət etmək üçün bəyanat hazırlayaraq imzalayıblar.