...

Salyan Oil Azərbaycana məxsus yataqda icbari kəşfiyyat quyusunun qazılmasını başa çatdırıb

Energetika Materials 9 Mart 2006 17:29 (UTC +04:00)

Salyan Oil əməliyyat şirkəti sonuncu icbari kəşfiyyat quyusunun qazılmasını başa çatdırıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Mürəkkəb geoloji şəraitlə əlaqədar olaraq bu proses çox ləng həyata keçirilirdi. Dərinliyi 3500 metrdən artıq quyunun qazılması zamanı müqavilədə göstərilmiş öhdəlik yerinə yetirilib. Yaxın vaxtlarda onun Azərbaycan Dövlət Neft şirkəti tərəfindən hesablanması prosesinin həyata keçiriməsi gözlənilir.

Əvvəllər AR DNŞ əməliyyat şirkətinin kəşfiyyat quyularının qazılması ilə bağlı öhdəliklərinin müddətini uzatmışdı. Bu müddət 2005-ci ilin sonunda başa çatsa da, daha bir neçə aylığa uzadılıb.

Salyan Oil əməliyyat şirkəti "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənib-hazırlanması ilə məşğul olur. 2006-cı ildə müqavilə sahəsində 8 quyunun qazılması nəzərə tutulur. Bunlardan 4-ü istismar, 1-i kəşfiyyat, 1-i isə qiymətləndirmə quyusudur. 2 quyu suyun laylara vurulması üçün nəzərdə tutulub. Sərmayənin həcmi təxminən $50 mln təşkil edəcək. Qazma işlərini Çinin Great Wall şirkəti həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti