...

Azərbaycan hələlik modul stansiyaların tikintisini layihəsini davam etdirmək niyyətində deyil

Energetika Materials 10 Mart 2006 19:13 (UTC +04:00)

Hazırda "Azərenerji" Azərbaycan ərazisində modul elektrik stansiyalarının tikintisi layihəsini davam etdirməyi planlaşdırmır. Lakin əgər belə bir qərar qəbul edilərsə, Rusiya şirkətləri tenderin digər iştirakçıları ilə yanaşı müsabiqədə iştirak edə bilər. Trend in verdiyi xəbərə görə, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirib.

Əvvəllər Rusiya tərəfi Azərbaycan ərazisində modul stansiyaların tikintisində iştirak etmək istəyini ifadə etmişdi. Rusiya tərəfindən belə bir mövqe "Azərenerji" SC ilə RF-nın Regional Səhmdar Cəmiyyəti Vahid Enerji Şəbəkəsi arasında aparılan danışıqlar zamanı ifadə olunub.

Hazırda Azərbaycanda beş modul elektrik stansiyasının tikintisi aparılır. Onlardan biri artıq Astarada başa çatıb, hərəsində bir ədəd olmaqla Şəkidə, Xaçmazda, Naxçıvanda və Bakıda da bu cür stansiyaların tikintisi planlaşdırılıb. Bu layihənin başa çatması respublikada elektrik enerjisinin gücünü 450-460 MVt artırmağa imkan verəcək. Bu layihə Finlandiyanın Wartsila şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti