...

"Azəri-Çıraq-Günəşli" layihəsinə $7 mlrd sərmayə qoyulub

Energetika Materials 17 Mart 2006 14:04 (UTC +04:00)

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağına işlənib-hazırlanması layihəsinin gerçəkləşdirilməsinə başlandığı vaxtdan bəri $7 mlrd sərmayə qoyulub. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə martın 17-də Səngəçal terminalında keçirilmiş brifinqdə BP nümayəndəsi Nadir İmanov məlumat verib. BP AÇG layihəsinin operatorudur.

Onun sözlərinə görə, "Azəri" layihəsi çərçivəsində ("Faza-1" və "Faza-2") 2001-ci ildən $6 mlrd, "Faza-3" layihəsi üzrə isə $1 mlrd sərf olunub. "Faza-3" layihəsi "Günəşli" yatağının dərinsulu hissəsinin işlənib-hazırlanmasını nəzərdə tutur. Layihə 2004-cü ilin sentyabrında sanksiyalaşdırılıb.

O qeyd edib ki, 2005-ci ildə "Azəri" layihəsi çərçivəsində $1,3 mlrd, "Faza-3" üzrə isə $0,8 mlrd sərf olunub. "2006-cı ildə "Azəri" çərçivəsində $0,5 mlrd, "Faza-3" çərçivəsində $1,3 mlrd sərf olunacaq", - deyə N.İmanov bildirib.

Xəbər lenti

Xəbər lenti