...

Turan Moralı: BTC boru kəməri iyunun ikinci yarısında istismara veriləcək

Energetika Materials 28 Mart 2006 10:04 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri çox ehtimal ki, 2006-cı ilin iyunun ikinci yarısında istismara veriləcək. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

"İşlərin hazırki mərhələsini analiz edərkən deyə bilərəm ki, Türkiyənin Ceyhan terminalında rəsmi mərasim iyunun ikinci yarısında keçiriləcək",- deyə səfir dəqiq tarixin hələlik dəqiqləşdirilməyəcəyini qeyd edib.

Bundan əvvəl Ceyhandan ilk tankerin yola salınması mərasiminin 2006-cı ilin mayında keçiriləcəyi xəbər verilsə də, Türkiyə prezidenti Əhməd Necdət Sezər Gürcüstana səfəri gedişində BTC kəmərinin iyunda açılacağının planlaşdırıldığını bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti