...

Yanvar-martda ARDNŞ 25 min metr dərinliyində qazma işi aparıb

Energetika Materials 3 Aprel 2006 14:16 (UTC +04:00)

2006-cı ilin martında ARDNŞ (MM və ƏŞ də daxil olmaqla) tərəfindən 6 585 metr dərinliyində qazma işi aparılıb. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. İşlərin bütün həcmi istismar qazmasının payına düşür.

Cəmi üç ay ərzində ARDNŞ (MM və ƏŞ də daxil olmaqla) tərəfindən 25 092 metr dərinlikdə qazma işi aparılıb, bunun 24 842 metri istismar qazmasının və 250 metri kəşfiyat qazmasının payına düşür.

ARDNŞ-in proqramına əsasən, 2006-cı ildə təxminən 132 min metr dərinliyində qazma işlərinin aparılması nəzərdə tutulur. Bu həcmdə iş 2005-ci ildə aparılan qazma işi həcminə uyğundur. Amma istismar qazmasının davam etdirilməsinə baxmayaraq neft hasilatında artım görünmür. Hazırda ARDNŞ-in səyləri mövcud hasilat həcminin saxlanılmasına yönəldilib.

Xəbər lenti

Xəbər lenti