...

Elmar Məmmədyarov: Azərbaycan Avropanın təbii qaz bazarına çıxmağı nəzərdə tutur

Energetika Materials 8 Aprel 2006 13:58 (UTC +04:00)

Azərbaycan gələcəkdə Avropanın təbii qaz bazarına çıxmağı planlaşdırır. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Iaşinqtondakı ən iri elmi -tədqiqat mərkəzi- mühafizəkar İrs Fondunda çıxış edərkən bəyan edib.

Azərbaycandan qazın ixracı daşıma qabiliyyəti ildə 16 mlrd. kubmetr olan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasittəsilə nəzərdə tutulub. E.Məmmədyarovun sözlərinə görə, "son məlumatlara görə", bu magistralın tikintisi cari ilin sonunda başa çatacaq. "Bu, bizim ölkənin maraqlarına cavab verir və həm də hazırda artan qiymətləri nəzərə almaqla Rusiyadan və İrandan, eləcə də digər ölkələrdən alınan qazın həcmini azaltmağa imkan verir",-deyə o qeyd edib.

Nazir bildirib ki, Azərbaycan artıq Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana qazın satılması üzrə müqavilə imzalayıb. Hazırda Bakı və Tbilisi qaz satışı həcminin artırılması imkanlarını müzakirə edir. Lakin bu danışıqların yekunu Bakıdan 70 km cənub-şərqdə Xəzər şelfində yerləşən "Şahdəniz" yatağının işlənməsinin gedişindən və bu prosesə kapital qoyuluşundan asılı olacaq. O qeyd edib ki, Azərbaycan Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin istismara başlaması ilə "Türkiyə qaz sistemi vasitəsilə" "Avropanın istənilən nöqtəsinə" xammal tədarük etməsi tamamilə mümkündür. Bu barədə "İTAR-TASS" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti