...

ARDNŞ "Muradxanlı" yatağında hasilatı artırıb

Energetika Materials 17 Aprel 2006 15:50 (UTC +04:00)

"Azneft" İstehsalat Birliyinin (İB) qurudakı "Muradxanlı" yatağında həyata keçirdiyi 13 texniki tədbirlər nəticəsində burada hasilat 72 ton artıb. Bu barədə Trend ə Dövlət Neft Şirkətindən məlumat verilib. Bunun nəticəsində 2006-cı ilin birinci rübü ərzində yataqdan 7 500 ton neft hasil olunub. Geoloji tədbirlər nəticəsində neft hasilatı 32 ton artıb.

Bu ilin martında bu yataqdan neft hasilatı 2 600 ton təşkil edib. Martda yataqda aparılan işlər nəticəsində hasilat 23 ton artıb.

Yataqda quyu fondu 89 ədədə bərabərdir. Onlardan 60-ı istismar olunur. 29-u isə fəaliyyət göstərməyən quyulardır.

Xəbər lenti

Xəbər lenti