Azərbaycan Dövlət Neft Şirkəti "Azəri-Çıraq-Günəşli" yatağının işləməsi layihəsinin operatoru BP şirkəti ilə "Azəri" yatağından səmt qazının verilməsi şərtləri və həcmi üzrə danışıqlar aparır. Bu barədə Trend ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.
Hazırda BP-nin Azərbaycana verəcəyi əlavə qaz həcminin şərtlərini müzakirə edir. "AÇG" yatağının işlənməsi üzrə tərəfdaşlar arasında müqaviləyə görə, Azərbaycana 1,4 mlrd. kubmetr pulsuz qaz verməlidir. Lakin bu il Azərbaycan 3 mlrd. kubmetr qaz almaq niyyətindədir.
BP-dən verilən məlumata görə, yaxın vaxtlarda şirkət təzyiqin saxlanması üçün laya qaz vurulmasına başlamaq niyyətindədir. Əgər onun bir hissəsi Azərbaycana veriləcəksə, onda vurma həcmi azalacaq və bununla da qaz hasilatı aşağı düşəcək. Nəticədə ABƏŞ kompensasiya əldə etmək istəyir. Nazirliyin nümayəndəsinin sözlərinə görə, söhbət itirilmiş hasilatın layihədəki Azərbaycan neftinin hesabına ödənilməsindən gedir. Lakin BP-Azərbaijan şirkətinin prezidenti Devid Vudvord " kompensasiyanın maliyyə də daxil olmaqla müxtəlif metodlar vasitəsilə ödənilməsinin" mümkünlüyünü istisna etməmişdi.
Bundan əlavə, bu il səmt qazının həcminin verilməsi də müzakirə olunur. Lakin Azərbaycan tərəfinin fikrincə, bu həcm yalnız may ayında başlanılacaq laya qazın vurulmağa başladığı andan hesablanmalıdır. Azərbaycan tərəfi öz mövqeyini bu qazın Azərbaycana verilməsəydi, o sadəcə olaraq istifadə oluna bilməsi və VR şirkətinin onu laya vurmaq imkanı olmayacağı ilə izah edir.
Hazırda şirkət Azərbaycana sutka ərzində 6-7 mln. kubmetr səm qazı verir. Bu qaz "Azəriqaz" QSC-nin qazpaylayıcı şəbəkələrinə göndərilir.