...

ARDNŞ "Qərbi Abşeron"un cənub hissəsində daha bir quyu qazacaq

Energetika Materials 3 İyun 2006 13:37 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz hasilatı üzrə "Azneft" İB "Qərbi Abşeron" strukturunun cənub hissəsində quyunun qazılmasına başlmağı planlaşdırır. Quyunun layihə dərinliyi təxminən 750 metr təşkil edəcək. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Bu quyu "Abşeron" qazma qurğusundan qazılacaq və qiymətləndirici quyu kimi nəzərdə tutulur. Qazma işləri başa çatdıqdan sonra quyu platformadan növbəti hasilat üçün konservasiya ediləcək.

ARDNŞ-də hesab olunur ki, açıq yataq onun işlənməsi üçün əlverişlidir. Bu onunla izah olunur ki, yataq sahil, o cümlədən neftin nəqli üzrə mövcud kommunikasiyaların yaxınlığında yerləşir. Hazırda kontura alınma və yatağın bu hissəsində ehtiyatların qiymətləndirilməsi prosesi həyata keçirilir. Quyunun dərinliyi təxminən 800 -1000 metr təşkil edir.

ARDNŞ "Qərbi Abşeron" yatağının cənub hissəsində sahildən 40-50 m aralıda hasilat platforması qurmaq niyyətindədir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, yataqda təxminən 1,5 mln ton çıxarıla bilən şərti yanacaq ehtiyatı var.

Xəbər lenti

Xəbər lenti