2006-cı ilin mayında Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 89,6 mln. kVt-dan çox enerji daxil olub. Trend in "Azərenerji" SC-nin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, bu barədə NMR-in energetika idarəsinin rəisi Yasin Səfərov bildirib.
Hazırda NMR ərazisində iki elektrik stansiyası fəaliyyət göstərir - 2006-cı ilin mayında 15,33 mln. kVt enerji istehsal etmiş "Araz" SES və keçən ay enerji sisteminə 15,33 mln. kVt-dan çox enerji vermiş Naxçıvan Qaz-Turbin Stansiyası.
May ayında NMR-ə İrandan 37,58 mln. kVt, Türkiyədən - 21,24 mln. kVt elektrik enerjisi tədarük olunub.
Hazırda İrandan NMR-ə sutkada 1 mln. 220 min kVt, Türkiyədən - 550-600 min kVt enerji daxil olur. Naxçıvan QTES-də isə 300-400 min kVt enerji istehsal edilir.