Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bir gün ərzində Statoil və ya Petrobras kimi iri şirkətlərə çevrilə bilməz, lakin ARDNŞ bu gün düzgün yoldadır. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Bakıda "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında Salans şirkətinin partnyoru Ceyms Hoqan bildirib.
Salans ARDNŞ-in restrukturlaşdırma üzrə məsləhətçisidir.
Onun sözlərinə görə, Salans artıq Azərbaycan hökümətinə ARDNŞ fəaliyyətinin yaxşılaşması, onun hüquqi statusu və kommersiya təşkilatı üzrə ilkin tövsiyyələrini verib.
2003-cü ilin sonunda ÜB və AYİB proqramlarının dəstəyi ilə Azərbaycan höküməti və ARDNŞ Dövlət Neft Şirkətinin restruklaşdırılması haqqında qərar qəbul edib.
Ceyms Hoqan bildirib: "Bizim vəzifəmiz bu məsələlərə nail olmağın yerinə yetirilmə strategiyasını işləyib hazırlamaq üçün sənaye standartlarına uyğun olaraq şirkətin dəqiq görüntüsünün yaradılmasından ibarət idi. Komandamız müqayisəli araşdırma ilə buna bənzər neft şirkətlərinin zəif və güclü tərəflərinin müəyyən olunmasında ARDNŞ və onun şöbələrinin fəaliyyətinin ilkin diaqnostikasını yerinə yetirib".