...

Bakıda BTC kəmərinin təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə olunacaq

Energetika Materials 21 İyun 2006 17:30 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyənin nümayəndələri iyunun 28-də Bakıda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə edəcəklər. Trend agentliyinin Türkiyə KİV-inə istinadən yaydığı məlumata görə, bu istiqamətdə olan əvvəlki iclas 2005-ci ilin oktyabrında Ankarada keçirilib.

BTC üçün əsas təhlükə oğurluq, terror aktları və ətraf mühitin çirkləndirilməsidir.

Rəsmi Ankara strateji boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması üzrə həm Gürcüstan, həm də Azərbaycan mütəxəssislərini hazırlamağı öhdəsinə götürüb.

Türkiyə KİV-ində qeyd olunur ki, son 28 ildə Ankara Kərkük-Yumurtalıq neft boru kəmərinin təhlükəsizliyini təmin edir ki, nəticədə NATO Türkiyəni "Alyansın ən təhlükəsiz energetika ölkəsi" elan edib.

Xəbər lenti

Xəbər lenti