...

ARDNŞ "Neft Daşlarında " yüksək nəticələr əldə edib

Energetika Materials 27 İyun 2006 15:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Neft Daşları" yatağında yeni yüksək debitli quyunu istismara verib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, 1949-cu ildə kəşf edilmiş və 1950-ci ildən etibarən 56 il ərzində işlənən yataqda yeni sahənin kəşfi ARDNŞ üçün böyük nailiyyətdir.

Bu quyunun işə salınmasınadək "Neft Daşları" yatağında bir quyunun orta debiti sutkada 6 tona bərabər idi. Yeni quyu istismara verildikdən sonra göstərici 165 tona bərabər olub. Quyu 1887-ci özüldən 2780 m dərinlikdə qazılıb. Qazma nöqtəsində suyun dərinliyi 50 m olub.

Quyu "Xəzər-4" qazma qurğusundan qazılıb. İlin sonunadək bu qurğudan qazılmış daha 3 quyu istismara veriləcək. Bu platformadan 30-dan çox quyu qazılacaq.

Xəbər lenti

Xəbər lenti