Azərbaycan Sənaye və Energetika Nazirliyi yerləşdiyi binanı dəyişmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, hazırda binanın dəyişdirilməsi imkanları ilə bağlı işlər aparılır.
Hazırda nazirliyin yerləşdiyi bina "Dənizneftqazlayihə" institutuna məxsusdur. Əməkdaşlar üçün normal şəraitin təmin olunması məqsədilə nazirlik binanı dəyişdirməlidir", - deyə nazir qeyd edib.
Sənaye və Energetika Nazirliyinin əsasnaməsinə görə, strukturun ştatı 180 nəfər təşkil edəcək. Nazirin 4 müavini olacaq.