...

"Bakqaz" əhaliyə sutkada 3 milyon kub metr qaz verir

Energetika Materials 6 İyul 2006 17:40 (UTC +04:00)

Hazırda Bakı əhalisinə sutkada təxminən 3 milyon kub metr qaz verilir. Bu barədə Trend ə "Azəriqaz" qapalı səhmdar cəmiyyətinin şöbəsi olan "Bakqaz"dan xəbər veriblər. Bu həcm qazın verilməsinin yay qrafikinə uyğundur.

Lakin yay qrafiki ilə əlaqədar qaz tədarükünün həcminin azaldılmasına baxmayaraq, tədarük olunan qaza görə vəsait yığımı əvvəlki kimi aşağıdır. Yanvar ayında bu göstərici 12%-ə, fevralda - 19%, martda - 23%, apreldə isə 31%-ə bərabər olub. Hazırda may ayı üzrə yığılan vəsaitlər hesablanır.

Xəbər lenti

Xəbər lenti