...

"Xəzər dəniz neft donanması" idarəsi 48 gəmini təmir edib

Energetika Materials 19 İyul 2006 19:23 (UTC +04:00)

2006-cı ilin birinci yarısında Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzər dəniz neft donanması" idarəsi tərəfindən 48 gəmi təmir olunub. Bütün bu gəmilər üçün reyestr sənədləri alınıb. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat veriblər. İdarənin balansında ARDNŞ-in dəniz əməliyyatları üçün istifadə edilən cəmi 269 gəmi var.

Təmir edilmiş gəmilərdən 4-ü zavod təmirindən keçib, 27-də maşın və mexanizmlər təmir olunub, 17-i isə stapeldə təmir olunub. Bu məqsədlə 7 mln. 31,5 min AZN sərf olunub.

Hazırda idarənin 44 gəmisi təmirdədir. Bu ilin avqust ayında "Vixr-11" yanğın gəmisində, "PS-152", "PSK-48", "PSK-43" kiçik sərnişin gəmilərində və çirkab suların yığılması üçün istifadə edilən "SLV-410" gəmisində təmir işlərinin tamamlanması planlaşdırılır. 2006-cı ilin birinci rübündə 27 gəmi stapelə qoyulub, 24 gəmi stapeldən suya salınıb, 3-də isə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti