...

"Tenqizşevroyl" BTC kəmərinin tikintisinin başa çatmasından məmnundur

Energetika Materials 4 Avqust 2006 19:09 (UTC +04:00)

"Tenqizşevroyl" şirkəti (TŞO) Qazaxıstan neftinin əlavə nəqletmə marşrutlarının inkişafını dəstəkləyir və Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasının başa çatması və kəmərin istismara verilməsindən məmnundur. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə şirkətin ictimaiyyətlə əlaqələr departamentindən xəbər veriblər.

Şirkətdən həmçinin bildiriblər ki, TŞO ilə BTC Co. arasında hələlik neft tədarükü barədə kommersiya danışıqları aparılmayıb.

Xəbər lenti

Xəbər lenti