...

ARDNŞ-də kadr dəyişikliyi aparılıb

Energetika Materials 7 Avqust 2006 19:50 (UTC +04:00)

ARDNŞ prezidenti Rövnəq Abdullayevin müvafiq əmrləri ilə Məmmədov Səfixan Rüstəm oğlu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru təyin olunub. Bu barədə, Trend in yaydığı məlumata əsasən, şirkətdən xəbər veriblər.

''Abşeronneft'' NQÇİ-nin rəisi Seyidov Mircəfər Mirəli oğlu öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib, bu vəzifəyə Səfiyev İman Qənbər oğlu təyin edilib.

''Bibiheybətneft'' NQÇİ-nin rəisi Axundov Tofiq Mirzağa oğlu öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilərək onun yerinə Əhmədov Güloğlan Xanoğlan oğlu təyin edilib.

''Balaxanıneft'' NQÇİ-nin rəisi Əhmədov Güloğlan Xanoğlan oğlu başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək həmin vəzifəyə Əhmədov Səbuhi Fətulla oğlu təyin edilib.

N.Nərimanov adına NQÇİ-nin rəisi Əhmədov Səbuhi Fətulla oğlu başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək onun yerinə Şəfiyev Xaliq Şamil oğlu təyin edilib

''Bulla-dəniz'' NQÇİ-nin rəisi Şəfiyev Xaliq Şamil oğlu başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib

Xəbər lenti

Xəbər lenti