Azərbaycan Dövlət Neft Şirkətinin "Xəzər dəniz neft donanması" idarəsi "Kür" gəmisinin təmiri üçün ehtiyat hissələrinin alınması üzrə açıq tender elan edib.
Avadanlıq və ehtiyat hissələri müqavilənin imzalanmasından sonra 3 aydan gec olmayaraq, yükalana göndərilməlidir. Avadanlıq və ehtiyat hissələrinin qiyməti yükün göndərilməsindən sonra 1 il ərzində hissə-hissə ödəniləcək.
Tender iştirakçıları iddiaçı qismində 2006- cı il sentyabrın 28-dən gec olmayaraq, "Xəzər dəniz neft donanması" İdarəsinə iştirak haqqında müraciət və digər sənədləri təqdim etməlidirlər.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək: ehtiyat hissələrinin qiyməti, səciyyəvi təcrübə (gəmilərin ehtiyat hissələrlə təchiz olunması sahəsində), göndərmə müddəti.
Tender təklifləri 2006- cı il oktyabrın 6-da saat 11.00-da "Xəzər dəniz neft donanması" İdarəsinin binasında açılacaq.