...

BTC neft kəməri borularının korroziyaya uğramaq qorxusu yoxdur

Energetika Materials 15 Avqust 2006 16:44 (UTC +04:00)

BP Georgia şirkəti "Pletform" beynəlxalq ekologiya təşkilatının Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri borularının korroziyaya uğrayacağı barədə yaydığı məlumatı qəti olaraq təkzib edib.

BP Georgia şirkətindən Trend in Tbilisidəki xüsusi müxbirinə verdiyi xəbərə görə, şirkət həm neftin tərkibinin, həm də neft kəmərinin özünün vəziyyətinin mütəmadi monitorinqini həyata keçirir və orada heç bir korroziya əlaməti yoxdur.

Şirkətin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə quraşdırılmış elektron qurğular boru kəmərinin daxili və xarici vəziyyətini müəyyən etməyə imkan verir. Neft kəmərində korroziyanın qarşısının alınması üçün neftlə qarışdırılan xüsusi, yüksək keyfiyyətli korroziya ingibitorundan istifadə olunur.

BP Georgia şirkətindən verilən xəbərə görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı bütün mümkün risklər nəzərə alınıb. Şirkətin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihələşdirilməsi və tikintisi ən yeni nailiyyətlər əsasında və yüksək standartlar üzrə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti