...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 17 Avqust 2006 14:15 (UTC +04:00)

Avqustun 16-da AZERİ LT FOB neftinin bir barelinin qiyməti 71,91ABŞ dolları təşkil edib (əvvəlkinə nisbətən bir barelin qiyməti 0,61 ABŞ dolları aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, avqustun 16-da AZERİ LT CİF Augusta neftinin bir barelinin qiyməti 73,15 ABŞ dolları təşkil edib (bir barelin qiyməti 0,63 ABŞ dolları aşağı düşüb). Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti avqustun 16- da $66,04/barel təşkil edib (əvvəlkinə nisbətən $0,84/barel aşağı düşüb). URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə, tərkibindəki kükürdün miqdarı - 1,8%-ə qədərdir.

DTD neftinin qiyməti avqustun 16- da $72,45/barel təşkil edib (əvvəlkinə nisbətən $1,03/barel aşağı düşüb). DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən neftin Azeri Light növünün "qərb" boru kəməri ilə dünya bazarlarına ixracı Gürcüstanın Supsa limanından 1999-cu ildə başlayıb.

Xəbər lenti

Xəbər lenti