...

Azərbaycan NEZ neft emalının həcmini artırıb

Energetika Materials 19 Avqust 2006 12:16 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında Azərbaycan NEZ-də neft emalının ümumi həcmi 4 mln 598,26 min ton təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,6% - 477,7 min ton çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Emal olunmuş neftin ümumi həcminin 2 mln 419,96 min tonu H.Əliyev adına NEZ-in, 2 mln 178,3 min tonu isə "Azneftyağ" NEZ-in payına düşür. Ötən illə müqayisədə neft emalının həcmi "H.Əliyev" adına NEZ-də 229,77 min ton, "Azneftyağ" NEZ-də isə 247,89 min ton artıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2006-cı ilin analoji dövründə açıq rəngli neft məhsullarının istehsal həcmi 297,4 min ton artıb. Bu ilin yanvar-iyul aylarında 2 mln 482,94 min ton açıq rəngli neft məhsulu istehsal olunub.

2006-cı ilin yanvar-iyul aylarında Azərbaycanda neft emalı və neft məhsullarının istehsalı:

İyul Yanvar - iyul Yanvar-iyul 2005 Dəyişmə templəri

Fakt Fakt % "+,-"

Neft emalı - cəmi 666,94 4598,26 4120,60 111,6 477,66

"H.Əliyev adına" NEZ 431,65 2419,96 2190,19 110,5 229,77

Azneftyağ NEZ 235,29 2178,30 1930,41 112,8 247,89

Benzin - cəmi 124,35 726,98 631,00 115,2 95,98

- avtomobil benzini 99,57 532,65 500,14 106,5 32,51

- nafta 24,78 194,33 130,86 148,5 63,47

O cümlədən kimya üçün 24,78 164,37 130,86 125,6 33,51

Kerosin KO-20 - cəmi 1,63 21,47 60,78 35,3 -39,31

"H.Əliyev adına" NEZ 0,00 0,00 0,00 0,0 0,00

Azneftyağ NEZ 1,63 21,47 60,78 35,3 -39,31

Dizel yanacağı - cəmi 210,92 1310,74 1132,84 115,7 177,90

"H.Əliyev adına" NEZ 134,50 660,57 570,20 115,8 90,37

Azneftyağ NEZ 76,42 650,17 562,64 115,6 87,53

Açıq rəngli neft məhsulları 397,47 2482,94 2185,55 113,6 297,39

Soba mazutu -cəmi 202,96 1525,82 1539,22 99,1 -13,40

"H.Əliyev adına" NEZ 180,66 929,05 889,93 104,4 39,12

Azneftyağ NEZ 22,30 596,77 649,29 91,9 -52,52

Neft bitumu 20,35 78,80 57,00 138,2 21,80

Sürtkü yağları 7,67 35,28 14,88 2,4 d 20,40

Motor yanacağı DT- cəmi 7,51 47,57 60,04 79,2 -12,47

Xəbər lenti

Xəbər lenti