...

Ukrayna tünd rəngli neft məhsullarına görə ARDNŞ-a borcunu bağlayacaq

Energetika Materials 1 Sentyabr 2006 18:41 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının yeddinci iclasının qərarına əsasən, Ukrayna dizel yanacığının tədarükünə görə Azərbaycana olan $5,269 milyon borcu 2006-cı ilin sonunadək ödəyəcək. Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, bu qərarın qəbulunda Azərbaycan hökuməti təkid edib və ödənişlər nağd pulla həyata keçiriləcək.

Ukraynanın Azərbaycana olan borcu 1999-2000-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətindən dizel yanacağı alarkən yaranıb. Hökumətdə hesab edirlər ki, bu, borcun yalnız bir hissəsidir. Qalan hissə isə 90-cı illərdə təsərrüfat subyektləri arasında yaranıb. Hazırda onlar fəaliyyət göstərmirlər.

Ukrayna tərəfinin dəfələrlə müraciətinə baxmayaraq, bu borclardan heç biri, o cümlədən ARDNŞ-ə olan borc, dövlət borcu kimi tərtib olunmayıb.

Bu, həm də Azərbaycanın Ukraynaya olan borcuna şamildir. Bu borc da ticari-iqtisadi fəaliyyətlə məşğul olan subyektlər arasında yaranıb. Buna görə də dövlət onların yerinə heç bir məsuliyyət daşımır.

Nazirlər Kabinetində qeyd ediblər ki, təsərrüfat subyektləri arasındakı borc məsələsi komissiyanın iclasında müzakirə predmeti olmayıb, belə ki, bu iradlar onların özləri arasında həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti