...

Azərbaycanın Dövlət Neft Şirkəti "Abşeron" buruğunu yeni yerə köçürür

Energetika Materials 6 Sentyabr 2006 13:50 (UTC +04:00)

Yaxın vaxtlarda "Abşeron" buruq qurğusu "Qərbi Abşeron" strukturunun cənub hissəsində yeni qazma nöqtəsinə yerləşdiriləcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Buruq əvvəlki yerindən 1 600 metr məsafədə yerləşəcək.

Güman edilir ki, yeni yerdəbeş quyu qazılacaq. Onların istismar quyuları olacağı ehtimal olunur.

Hazırda yatağın bu hissəsində "Xəzər-4" buruq qurğusu vasitəsilə qazıntı işləri görülür. Həmin buruq bu yataqda ikinci quyunu qazır. Quyunun layihə dərinliyi 820 metr təşkil edir. Hazırda quyunun dibi 445 metr dərinlikdədir. Bu qurğu ilə beş quyunun qazılması nəzərdə tutulub. Bu quyuların qabaqlayıcı quyu olması planlaşdırılıb. Quyular qazıldıqdan sonra onlar konservləşdiriləcək.

ARDNŞ-də hesab edirlər ki, açılmış yataq - işlənmə üçün səmərəlidir. Bu, onun sahilin, həmçinin neft nəqli üzrə mövcud kommunikasiyaların yaxınlığında yerləşməsi ilə izah olunur. Hazırda bu yataqdakı ehtiyatlar kontura alınır və qiymətləndirilir. Quyuların dərinliyi təxminən 800-1000 metr təşkil edir.

ARDNŞ "Qərbi Abşeron" yatağının cənub hissəsində hasilat platforması quraşdırmaq niyyətindədir. Platforma sahilin 40-50 metrliyində quraşdırılacaq. Mütəxəssislərin qiymətləndirmələrinə görə, yataqda təxminən 1,5 mln. ton şərti yanacağın çıxarıla bilən ehtiyatları var.

Xəbər lenti

Xəbər lenti