...

Azərbaycanda neft istehsalı həcmi 50,4% artıb

Energetika Materials 19 Sentyabr 2006 18:38 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 20 mln. 173,2 min ton xam neft hasil edilib. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu həcm ötən ilin analoji dövrü ilə müqayisədə 50,4% çoxdur.

Azərbaycanda yanvar-avqust aylarında qaz hasilatının həcmi 4 mlrd. 397,2 mln. kubmetr təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 24,4% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft və qaz hasilatının həcminin artımı əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) hesabına baş verir. Bu ilin səkkiz ayı ərzində ABƏŞ 14,2 mln. ton neft və 1 mlrd. 690,3 mln. kubmetr qaz hasil edib. Hər iki həcm ümumilikdə ötən ildəkindən 91,1% çoxdur.

Səkkiz ay ərzində Azərbaycanda 16 mlrd. 050,8 mln. kVt/s elektrik enerjisi istehsal olunub. Bu həcm ötən ildəkindən 7,4% çoxdur. Bunun 12,2%-i su elektrik stansiyalarının, 87,8%- i isə istilik elektrik stansiyalarının payına düşür.

Bu ilin yanvar-avqust aylarında istilik enerjisinin istehsalı 3 mln. 528,9 Qkal təşkil edib. Bu, ötən ilin analoji dövründən 31% çoxdur.

Xəbər lenti

Xəbər lenti