Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı neft emalı zavodunun peşəkar təhsil mərkəzinə TS EN İSO 9001 keyfiyyət, TS 18001 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, TS EN İSO 14001 Ətraf mühitin mühafizəsi sertifikatları verilib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.
Sertifikatların təltif olunması mərasimində ARDNŞ, BP, Türkiyənin Azərbaycandakı səfirliyi, Türkiyə standartlar institutunun nümayəndələri iştirak edib.
Peşəkar təhsil mərkəzi neft sənayesi və respublikanın digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayır.