...

"Azərenerji"nin nümayəndələri MDB-nin Elektrik enerji şurasının iclasında iştirak edəcəklər

Energetika Materials 12 Oktyabr 2006 18:30 (UTC +04:00)

MDB-nin Elektrik enerji şurasının oktyabrın 13-də Astanada (Qazaxıstan) keçiriləcək 30-cu iclasında Azərbaycanı "Azərenerji" səhmdar cəmiyyətinin Mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifbəylinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Trend xəbər verir ki, bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Birlik dövlətlərinin elektrik enerjisinin idarəetmə orqanları və milli enerji şirkətlərinin, MDB EEŞ-də Müşahidəçilərin, həmçinin dəvət olunmuş təşkilatların rəhbərləri iştirak edəcək.

MDB EEŞ 30-cu iclasının gündəliyinə elektrik enerjisi sahəsində Birlik dövlətləri üçün qarşılıqlı maraq kəsb edən dövlətlərarası əməkdaşlıq məsələləri kompleksi daxildir.

O cümlədən, enerji şirkətlərinin 2006-2007-ci il payız-qış dövrünə hazırlıq problemlərinin müzakirəsi, MDB iştirakçı-dövlətlərinin ümumi elektrik enerji bazarının formalaşması üzrə Sazişin, Birlik dövlətlərinin elektrik enerji sistemlərinin paralel işləməsini təmin edən normativ-texniki sənədlərin hazırlanmasını, MDB Elektrik enerji şurasının prezidentlərinin görüşünün nəticələrini, həmçinin elektrik enerjisi sahəsində dövlətlərarası və beynəlxalq əməkdaşlıq üzrə digər aktual məsələləri nəzərdən keçirmək planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti