...

Yaqub Eyyubov: Rusiyadan elektrik enerjisi idxalının dayandırılması Azərbaycanı qorxutmur

Energetika Materials 20 Oktyabr 2006 19:36 (UTC +04:00)

Rusiya tərəfi Azərbaycana bildirib ki, elektrik enerjisi çatışmadığından ölkə 2006-2007-ci illərin qış mövsümündə Azərbaycana ixracı azalda və ya dayandıra bilər. Bu, Azərbaycan tərəfini qorxutmur. Trend in xəbər verdiyi kimi, bunu bu gün Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib.

Onun sözlərinə görə, Azərbaycan respublikanı və onun əhalisini elektrik enerjisi ilə təmin edə biləcək müstəqil enerji sisteminə malikdir. "Ona görə də biz artıq indidən bu prosesə hazırlıq görürük", - deyə o bildirib.

Bununla belə, baş nazirin müavini bildirib ki, Azərbaycan Rusiya ilə kifayət qədər geniş, o gümlədən energetika sahəsində əməkdaşlıq edir.

"Biz Rusiyadan qaz və elektrik enerjisi alırıq və bu prosesi davam etdirmək niyyətindəyik", - deyə Y. Eyyubov bildirib.

Xəbər lenti

Xəbər lenti