...

Azərbaycan Dövlət Neft Şirkəti "Xəzərdənizneftdonanma" idarəsi sürtkü yağlarının satın alınması üçün tender elan edib

Energetika Materials 4 Noyabr 2006 13:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Xəzərdənizneftdonanma" idarəsi şəxsi gəmiləri üçün motor sürtkü yağlarının satın alınması üçün tenderi açıq elan edib. Trend xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Motor sürtkü yağının yükalana müqavilənin imzalandığı müddətdən 1 aydan gec olmayaraq çatdırılması tələb olunur. Sürtkü yağının qiyməti yükün göndərilməsindən sonra 1 il müddətində hissələrlə ödəniləcək.

Tender iştirakçıları iddiaçı qismində iştirak haqqında müraciət və digər sənədləri 13 dekabr 2006-cı il tarixindən gec olmayaraq "Xəzərdənizneftdonanma" idarəsinə təqdim etməlidirlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcək: sürtkü yağlarının qiyməti, səciyyəvi təcrübə, göndərmə müddəti, ödəniş şərtləri.

Tender təklifləri 2006-cı il oktyabrın 21-də saat 11.00-da "Xəzərdənizneftdonanma" idarəsinin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti