...

Ukraynanın qaz emalı zavodu Azərbaycanın yüngül neftini almağa başlayacaq

Energetika Materials 10 Noyabr 2006 15:24 (UTC +04:00)

"Ukrayna Qazçıxarma" şirkətinin törəməsi olan Şebelinski adına qaz emalı zavodu 2008-ci ilə kimi ildə 500 min ton həcmində Azərbaycan neftinin yüngül növlərini almağa başlayacaq. RBK-Ukraynaya istinadən Trend xəbər verir ki, bu haqda 2015-ci ilə kimi Ukraynaya neft təchizatında mənbələrin diversifikasiyası proqramında bildirilir. Proqram Nazirlər Kabinetinin 8 noyabr tarixli qərarı ilə təsdiq edilib.

2007-ci ilin sonuna kimi Ukrayna və Azərbaycan arasında neft və qaz sahələrində əməkdaşlıq haqqıda əsas razılığın və "Ukrayna Neftoqaz" şirkəti və Azərbaycan Republikası Dövlət Neft Şirkəti arasında Azərbaycan yataqlarında neft və qaz hasilatında əməkdaşlıq haqqında əsas razılığın imzalanması planlaşdırılır.

Nazirlər Kabineti Azərbaycan, Gürcüstan və RF ilə Xəzər neftinin Ukraynaya daşınması mümkünlüyü və onun Avropa ölkələrinə tranziti haqqında, Qazazıstanla Ukrayna ərazisindən Qazaxıstan neftinin nəqlinin həcmini artırmaq haqqında, İraq və Türkiyə ilə neftin İraqdan Türkiyə ərazisindən Qara dəniz limanlarına nəqlinin təşkil edilməsi haqqında danışıqlar aparmağı tapşırıb.

Sənəd həmçinin neftin hasil edilməsi dərinliyini 80%-ə çatdırmaq üçün NEZ-un modernləşdirilməsi və yenidən qurulması, 2010-cu ilə kimi neft hasil edilməsi dərinliyini 95%-dən az olmayan yeni müasir NEZ-ın tikilməsi, xaricdə neft çıxarılmasının başlanmasını da özündə əks etdirir.

Xəbər lenti

Xəbər lenti