...

Gürcüstan Azərbaycana elektrik enerjisi üzrə borcunu yaxın vaxtlarda ödəyəcək

Energetika Materials 22 Noyabr 2006 19:04 (UTC +04:00)

Həftə ərzində Gürcüstan Azərbaycana elektrik enerjisinə görə olan borcunu tamamilə ödəyəcək. Trend xəbər verir ki, bu barədə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, paralel şəkildə Gürcüstan tərəfi Gürcüstandan Azərbaycana elektrik enerjisinin tədarük olunması imkanlarını gözdən keçirir. "Onların su elektrik stansiyası var, oradan elektrik enerjisi fasilələrlə verilir. Biz razılaşa bilərik və sutka ərzində elektrik enerjisi verəcəyik, onlar isə suyu bir kənara buraxacaqlar və qızğın saatlarda su elektrik stansiyası istehsal edilmiş elektrik enerjisini bizə ötürəcək. Bu məsələyə dair hələ konkret danışıqlar aparılmayıb", - deyə M.Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti