...

Azərkimya DŞ avadanlığın alınması üzrə tender elan edib

Energetika Materials 24 Noyabr 2006 13:18 (UTC +04:00)

Azərkimya dövlət şirkəti müəssisələrinin tərkibinə daxil olan "Sintezkauçuk" zavodu avadanlığın alınması üzrə tender elan edib. Trend in müəssisəyə istinadən xəbər verdiyi kimi, tender RNSI 250/315 B tipli nasosun alınması üzrə keçirilir. Tenderdə iştirakın dəyəri 200 manatdır.

İştirak etmək istiəyənlər fevralın 20-dək sənədlərini təqdim etməlidir. Sənədlər yazılı ərizə, müəssisə, il ərzində maliyyə vəziyyəti, potensial imkanları haqqında məlumatdan və bank zəmanətindən ibarət olmalıdır.

Təkliflər fevralın 19-dan gec olmayaraq qəbul olunacaq. Tender proseduru fevralın 21-də "Sintezkauçuk" zavodunda keçiriləcək.

Bundan başqa, bu günlərdə müəssisə 15 min ton sulfat turşusunun alınması üzrə də tender elan edib.

Xəbər lenti

Xəbər lenti