...

Azərbaycan Dövlət Neft Şirkəti yanvar-noyabr aylarında neft məhsullarının ixracını xeyli artırıb

Energetika Materials 5 Dekabr 2006 13:45 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi yanvar-noyabr aylarında 2 mln. 753,2 min ton neft məhsulu ixrac edib. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib. Ötən il bu göstərici 1 mln. 998,303 min ton təşkil edib.

Bu ilin noyabr ayında Azərbaycanın neft emalı zavodlarından 249 min 358 ton neft məhsulu ixrac olunub (ötən il - 176,026 min ton). Yanvar-oktyabr aylarında ixracın ümumi həcmindən ən çox dizel yanacağının payına düşüb. Bu məhsulun ixracı 1 mln. 280,380 min ton təşkil edib. Mazutun payına 870 min 421 ton, avtomobil benzininin payına - 311 min 468 ton, təyyarə yanacağının payına - 203 min 881 ton, naftanın payına - 29 min 965 ton, sürtkü yağlarının payına - 40 min 434 ton, bitumun payına - 16 min 664 ton düşüb.

Noyabr ayında ən bahalı neft məhsulu təyyarə yanacağı olub (1 tonu - 572,99 ABŞ dolları). Noyabr ayında avtomobil benzininin qiyməti - 524,65 ABŞ dolları, dizel yanacağının qiyməti - 535,48 ABŞ dolları, mazutun qiyməti - 259,46 ABŞ dolları təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsullarının ümumi ixrac cədvəli, min tonla:

Məhsulun adı

adı

Oktyabr 2006/min ton

Noyabr 2006/min ton

Yanvar-noyabr 2006/ min ton

Noyabrda 1 tonun qiyməti (oktyabrda +/-)

Dizel yanacağı

yanacağı

87,435

102,39

1177,99

$535,48

(-$4,49)

Mazut

40,462

85,23

785,191

$259,46

(-$8,64)

$8,64)

Avtomobil benzini

30,061

37,983

273,485

$524,65 ($18,01)

$18,01)

Təyyarə yanacağı

yanacağı

2,823

17,41

186,471

$572,99 (-$1,53)

$1,53)

Nafta

29,965

Sürtkü yağları

ürtkü yağları

2,53

4,004

36,390

Bitum

1,399

2,302

14,362

Xəbər lenti

Xəbər lenti