...

Prezident Viktor Yuşenko: "Ukrayna Azərbaycan neftinin Avropaya tranzitinə 2010-cu ildə başlaya bilər

Energetika Materials 7 Dekabr 2006 14:18 (UTC +04:00)

Avropa İttifaqı Rusiyadan enerji ehtiyatları tədarükü ilə bağlı asılılığını azaltmağa səy göstərdiyi üçün Ukrayna Xəzər və Azərbaycan neftinin Avropaya tranzitini 2010-cu ildə başlaya bilər. Bu barədə Ukrayna prezidenti Viktor Yuşenko "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Yuşenkonun sözlərinə görə, Ukrayna Avropaya ildə 7 mln. ton həcmində neft traniziti həyata keçirməyi nəzərdə tutur. "UNİAN" məlumat verir ki, Yuşenko bildirib: "Bu, əsas və böyük uğurdur. Və Ukrayna bu layihənin tez bir zamanda realizəsində maraqlıdır".

"ForUm"a istinadən Trend bildirir ki, Qazaxıstan qaz və neft tədarükü sahəsində əməkdaşlıq barədə Avropa İttifaqı ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti