Trend in verdiyi xəbərə görə, bu günə qədər"Azəri-Çıraq- Günəşli" yatağından Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə ümumilikdə 47 mln barrel Azərbaycan nefti nəql olunub.
Türkiyə KİV-dən verilən xəbərə görə, Ceyhan terminalından 65 tanker Azərbaycan nefti yüklənib. Neft İtaliya, İsrail, ABŞ, Hindistan və başqa ölkələrə göndərilib.
Hazırda buna əlavə olaraq 3,16 mln. barrel neft Ceyhan limanının rezervuarlarında saxlanılır. Türkiyənin BTC layihəsi çərçivəsində bu gün müxtəlif daşınmalardan və vergi yığımlarından əldə etdiyi gəlir 200 mln dollara çatıb.