...

Azərbaycan neftinin qiyməti: həftənin yekunları (11-15 dekabr)

Energetika Materials 18 Dekabr 2006 16:23 (UTC +04:00)

11-15 dekabr həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $62,45/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $0,99/barel və ya 1,6% azdır. Trend xəbər verir ki, 11-15 dekabr həftəsində AZERİ LT neftinin maksimal qiyməti ötən həftəki $63,98/barellə müqayisədə $62,83/barel, minimal qiyməti isə ötən həftəki $63,40/barellə müqayisədə $61,84/barel təşkil edib.

11-15 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $56,48/barel təşkil edib, bu isə ötən həftəki orta qiymətdən $1,30/barel və ya 02,3% azdır. 11-15 dekabr həftəsində URAL neftinin maksimal qiyməti ötən həftəki 58,45$/barellə müqayisədə $56,93/barel, minimal qiyməti isə ötən həftəki $57,21/barellə müqayisədə - $56,04/barel təşkil edib.

11-15 dekabr həftəsində Brent (DTD) etalon növünün orta qiyməti $62,42/barel təşkil edib, bu isə ötən həftəki qiymətdən $1,39/barel və ya 2,2% azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti ötən həftəki $64,25/barellə müqayisədə $62,68/barel, minimal qiyməti isə ötən həftəki $63,13/barellə müqayisədə - $61,94/barel təşkil edib.

Azeri Light növünün sıxlığı APİ üzrə 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir. URAL növünün sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri onun tərkibində az və ya çox keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD növünün sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

2006-cı ilin əvvəlindən ARDNŞ tenderlə novorossiyskdən 1,536 mln ton neft satıb. Novorosiyskdən ARDNŞ-dən ən çox nefti Glncore treyderi alıb- 621 min ton.neft. həmçinin Reoc LTD 452 min ton,Sun Oil 160 min ton, Taurus Petroilium 140 min ton, Vitol 85 min ton,Select energy isə 78 min ton neft alıb.

Xəbər lenti

Xəbər lenti