...

Səfir: "Böyük Britaniya Qazaxıstanın BTC neft kəmərinə qoşulmasını dəstəkləyir"

Energetika Materials 22 Dekabr 2006 19:34 (UTC +04:00)

Böyük Britaniya Qazaxıstanın BTC neft kəmərinə qoşulmasını dəstəkləyir, bunu Böyük Britaniyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Poll Brammel bəyan edib. Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir.

"Böyük Britaniya höküməti Qazaxıstanın Bakı-Tiflis-Ceyhana qoşulmasını müsbət qiymətləndirir. Prisipcə, neft borusu beynəlxalq bazarda Qazaxıstan üçün sərfəli yoldur. Qazaxıstan neft və qazı nə qədər çox beynəlxalq bazara çıxsa, bir o qədər Qazaxıstan və o biri ölkələr üçün xeyirdir" - deyə Trend in xüsusi müxbirinin suallarını cavablandırarkən səfir belə deyib.

Hazırda Britaniya şirkətləri Qazaxıstanın neft-qaz sektorunda aktiv təmsil olunublar. Eyni zamanda başda BP olmaqla, bu ölkənin şirkətlər qrupu Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisində fəaliyyət göstərib.

"Böyük Britaniya öz təhcizatının diversifikasiya siyasətini dəstəkləyir. Onun üçün əsas olan stabil və zaman etibarilə qısa olan karbohidrogen təhcizatının təmin olunmasıdır, həm də yaxşı qiymətlərlə"-deyə səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti