...

Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıya yola düşüb

Energetika Materials 25 Dekabr 2006 11:15 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaidelinin başçılıq etdiyi heyət bu gün səhər Azərbəaycana yola düşüb. Bu barədə Trend in Tbilisidəki müxbiri xəbər verir.

Bakıda gürcü nymaəndə heyəti "Şah dəniz" yatağından təbii qaz tədarkükü ilə bağlı danışıqlar aparacaq.

Z.Noqaidelinin sözlərinə görə, 2007-ci ildə Gürcüstana əsas qaz tədarükçüsü Azərbaycan olacaq.

Baş nazir bildirib: "Səfər çərçivəsində bütün texniki detallar razılaşdırılacaq. Elə bu səfərdə də Gürcüstanın təlabatını ödəyə biləcək təbii qazın tədarük şərtləri və həcmi müəyyən ediləcək".

2007-ci ildə Gürcüstan təbii qazın 70 faizini Azərbaycandan alacaq. Bakıya səfərdə baş naziri energetika naziri Nika Qilauri, iqtisadiyyat naziri Giorji Arveladze və qaz-neft korporasiyasının prezidenti Aleko Xetaquri müşayət edəcək.

Xəbər lenti

Xəbər lenti