...

Nazir: Ucuz Azərbaycan qazı Gürcüstanda ÜDM-in böyük artımını təmin etməyə imkan verəcək

Energetika Materials 27 Dekabr 2006 17:15 (UTC +04:00)

Trend in Gürcüstandakı müxbiri xəbər verir ki, Gürcüstan maliyyyə naziri Rusiyadan alınan təbii qazın bahalaşmasının təsiri altında Gürcüstada ÜDM-in əhəmiyyətli dərəcədə aşağı düşəcəyini gözləmir.

Çərşənbə günü parlament iclasından sonra keçirilən brifinqdə maliyyə naziri Aleksi Aleksişvili bildirib ki, Gürcüstan tərəfi Rusiya qazının artmasından irəli gələcək mənfi nəticələri artıq nəzərə alıb.

Nazir qeyd edib: "Biz hesablamışıq ki, 1 kubmetr Rusiya qazının maksimum qiyməti 220 dollar olacaq və bu halda ÜDM-in artım tempinin aşağı düşməsi 1,7 faiz təşkil edəcək, ona görə düşünmürəm ki, 1 kubmetr qaz üçün 235 dollar bu göstəricini ciddi şəkildə dəyişsin".

Bununla yanaşı, Aleksişvili qeyd edib ki, Gürcüstan Azərbaycandan daha ucuz qiymətə qaz alacaq və bu ÜDM-in böyük artımını təmin etməyə imkan verəcək və Rusiya qazının qiymətinin artmasının mənfi nəticələrinin qarşısını alacaq.

Xəbər lenti

Xəbər lenti