...

2006-cı ildə Azərbaycanda əlavə enerji obyektləri istismara verilib

Energetika Materials 29 Dekabr 2006 16:57 (UTC +04:00)

2006-cı ildə ümumilikdə 500-dən çox MVt gücə malik yeni enerji obyektləri istismara verilib. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən SC-nin vitse-prezidenti Marlen Əsgərova istinadən məlumat verilib.

Bu il Astara, Şəki, Xaçmaz və Naxçıvanda hər birinin gücü 87 MVt olan dörd modul elektrik stansiyası işə salınıb. Bundan başqa, Zaqafqaziyada ən böyük Azərbaycan İES-də beşinci enerji bloku əsaslı təmir edilib. İndi onun əlavə gücü 150 MVt-dır. Almaniyanın KfW bankının layihəsinə əsasən ötürücü şəbəkələrin yenidən qurulması üzrə işlər başa çatıb.

Bu il Salyanda sistem yarımstansiyasının özülü qoyulan cənub bölgəsində layihələşdirmə tamamilə başa çatıb və şəbəkə tikintisi başlayıb.

Yanvar ayında "Azərenerji" 104 MVt gücə malik Bakı modul elektrik stansiyasını istismara vermək niyyətindədir. Gələcəkdə bütün MDB məkanında ən böyük BQQ olan 506 MVt gücə malik Sumqayıt buxar-qaz qurğusunun tikintisi başa çatacaq.

Gələn il "Şimal" elektrik stansiyasında 400 MVt gücə malik daha bir BQQ-nin, eləcə də Səngəçalda modul elektrik stansiyasının tikintisinin, Azərbaycan İES-də yeddi blokun yenidən qurulmasının başlanması planlaşdırılır. Ötürücü infrastrukturun təkmilləşdirilməsi və tikintisi üzrə işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti