Gürcüstan höküməti, nəhayət ki, Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) və Azərbaycan Beynəlxalq Bankına Tiflisdə bina və torpaq sahəsi verib. Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini Kaxa Dameniyanın Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, bina və torpaq sahəsi üçün məbləğ Gürcüstan büdcəsinə verilib.
Azərbaycan Beynəlxalq Bankına və ARDNŞ-ə bina və torpaq sahəsi verilməsi barədə qərarı Gürcüstan ötən il qəbul edib.
ARDNŞ "300 Araqvisi" metro stansiyası rayonunda bina, Krçanisi küçəsi 24-də isə 4178 kvadratmetr ərazi alıb. Bütün bunlara ARDNŞ 3 milyon dollar ödəyib. ARDNŞ yaxın vaxtlarda Gürcüstanda YDM şəbəkəsi açmaq niyyətindədir ki, burada benzin və dizel yanacağı satılacaq.
Azərbaycan Beynəlxalq Bankı 4 milyon dollara Tiflisin mərkəzində daşınmaz əmlak alıb. Bu obyektin bazar qiymətidir. Bina Kostava küçəsi 65-də yerləşir ki, ona 1398 kvadratmetrlik torpaq sahəsi də aiddir.
Azərbaycan bankı Gürcüstana ciddi investisiyalar qoymaq və Gürcüstanın iqtisadi və bank sektorunun inkişafı üçün kreditlər vermək niyyətindədir.
Gürcü bazarında Azərbaycan bankının açılmasını Gürcüstanın baş naziri Zurab Noqaideli alqışlayıb.
Dameniyanın sözlərinə görə, məbləğin hesaba köçürülməsindən sonra yanvarın sonuna Azərbaycan şirkətləri artıq öz fəaliyyətinə başlayacaqlar.