"Bakıelektrikşəbəkə" SC (Bakı ötürücü şəbəkə) yanvarın 8-dən etibarən "Elektrik enerjisindən istifadə qaydaları"nın gözlənilməsinin yoxlanılması çərçivəsində abunəçilərin uçot komplektlərinin təftişinə başlayır. Bu barədə Trend ə çərşənbə axşamı SC-dən bildiriblər.
Yoxlamaların həyata keçirilməsi üçün abunəçilərin SC-nin elektrik enerjisinin təminatı və satışı üzrə rayon idarələrinə müraciət edə bilərlər. Bütün problemlər SC-nin səlahiyyətli əməkdaşları tərəfindən həll ediləcək.
Yanvarın 20-nə qədər müraciət etməyən abunəçilərin şəbəkəsindəki pozuntulara görə bütün məsuliyyəti abunəçilərin özləri daşıyacaqlar.
Bu, abonentlərə, xüsusən villa və bağ evləri sahiblərinə qarşı pozuntu halları aşkar edildiyi təqdirdə elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq tədbirlər görüləcək.