...

Polşa neft-qaz sənayesi sahəsində Azərbaycanla əlaqələrə böyük maraq göstərir

Energetika Materials 23 Yanvar 2007 13:19 (UTC +04:00)

Azərbaycan regionda lider dövlətə çevrilib və enerji təhlükəsizliyinə çalışan Polşa neft-qaz sənayesi sahəsində Azərbaycanla əlaqələrə böyük maraq göstərir. Azərbaycan Nazirlər Kabineti mətbuat xidmətindən Trend ə bildiriblər ki, bu fikri Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşdə Polşanın xarici işlər nazirinin birinci müavini Pavel Koval bildirib.

P.Koval iqtisadi, siyasi və mədəni əməkdaşlıq sahələrində əlaqələrin fəallaşdırılmasında Polşanın maraqlı olduğunu bildirib.

Diplomat Avropa İttifaqına inteqrasiya sahəsində də Polşanın Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Azərbaycan və Polşa arasında tarixi əlaqələrin olduğunu vurğulayaraq Artur Rəsizadə bildirib ki, ölkələrimizin prezidentlərinin qarşılıqı səfərləri çərçivəsində müvafiq qanunvericilik bazasının formalaşdırılması əlaqələrin hərtərəfli genişləndirilməsi üçün əlverişli imkanlar açıb.

İkitərəfli qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşdirilməsi nöqteyi-nəzərindən hökumətlərarası iqtisadi komissiyanın işinin səmərəliyinin gələcəkdə artırlmasının vacibliyni qeyd edərək baş nazir regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrini xüsusilə vurğulayıb.

Görüşdə həmçinin hər iki tərəfin marağında olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti