...

Dövlət Neft Şirkəti Ceyhanda yüngül neft patiyasının satışı üzrə tenderi bağlayıb

Energetika Materials 25 Yanvar 2007 11:29 (UTC +04:00)

ARDNŞ-dan Trend ə bildiriblər ki, şirkət Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə tədarük edilən "Azeri Light" markalı özünə məxsus neft partiyasının yüklənməsi ilə bağlı tenderi bağlayıb. Tenderin qalibi Almaniyanın "Select Energy GmbH" şirkəti olub.

Partiyanın həcmi 600 min barel (yaxud 80 min ton) təşkil edəcək. Yükləmə 2007-ci il fevralın 19-21 üçün planlaşdırılıb.

Yanvarın 23-ü üçün AZERI LT FOB Ceyhan neftinin qiyməti $52,37/bar. (əvvəlki qiymətə nisbətdə $0,59/bar. aşağı duşub) təşkil edib.

2007-ci ilin əvvəlindən etibarən Dövlət Neft Şirkəti tenderlərdə Ceyhandan 2,6 mln. bar. neft satıb. 2007-ci ildə ARDNŞ neft partiyalarını Ceyhanda aşağıdakı şirkətlər alıb:

"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);

"IİLMA OİL S.L" - yanvao - fevral (1 mln. barel);

"Select Energy GmbH" - fevral (600 min barel).

Xəbər lenti

Xəbər lenti