...

Gürcüstan Azərbaycandan avtobenzin tədarükünün bərpa ediləcəyinə ümid edir

Energetika Materials 30 Yanvar 2007 13:18 (UTC +04:00)

Trend in Tbilisidəki müxbiri xəbər verir ki, 2007-ci il fevralın ortalarından başlayaraq Gürcüstan A92 markalı avtobenzinin Azərbaycandan tədarükünün bərpa ediləcəyinə ümid edir.

Gürcüstan neft məhusllarının istehsalçıları, idxalçıları və istelakçıları birliyinin sədri Vano Mtvralaşvili bildirib ki, cari ildə Azərbaycan benzini hələ Gürcüstana daxil olmayıb.

2006-cı il dekabrın sonlarından başlayaraq Azərbaycan ölkənin elektrik enerjisi istehsalında mazut rejiminə keçməsi səbəbindən Gürcüstana banzin tədarükünü dayandırıb, belə ki, böyük həcmdə neft buna sərf edilir.

Hazırda Gürcüstan bazarı Avropadan tədarük edilən benzinlə təmin edilir. Avropa benzini Azərbaycan benzinindən 0,10 - 0,15 lari bahadır. Hazırda Avropa benzininin 1 litri 1,25-1,30 lari təşkl edir.

Gürcüstan gömrük depatamentinin məlumatına görə, 2006-cı ildə Azərbaycan benzini Gürcüstan bazarının 50-55%-ni tutub.

Xəbər lenti

Xəbər lenti