...

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan nəqliyyatçılarının sifarişinin bir hissəsini yerinə yetirib

Energetika Materials 30 Yanvar 2007 15:35 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Heydər Əliyev adına" Bakı Dərin Özüllər zavodunda Gürcüstan hökümətinin sifarişi ilə körpü üçün 6 doqquzmetrlik və 9 on beş metrlik örtük elementlərinin inşası başa çatıb. Onlar artıq Gürcüstana göndəriliblər. Trend in verdiyi xəbərə görə, bu barədə ARDNŞ-dən məlumat veriblər.

Ötən ilin dekabrında zavod Gürcüstanın avtomobil və dəmiryolu körpüləri üçün aşırma konstruksiyalar üçün detallar hazırlamaq sifarişi alıb.

Gürcüstan üçün görüləcək işin ümumi həcmi 200 tona yaxındır. Avtomobil körpüləri üçün 20 tondan artıq çəkisi olan 3 on beş metrlik göz tikiləcək. Hazırda 23 ton çəkisi olan doqquzmetrlik gözün tikintisi başa çatıb.

Dəmiryolu körpüləri üçün gözlər hazırlanması da davam edir. Onların hər birinin çəkisi 27 tondan artıqdır və onda 83 ton metal konstruksiyası işlənib.

Xəbər lenti

Xəbər lenti